Qrup Terapiyası
Qrup-müəyyən bir məqsəd üçün bir yerətoplanan ikidən çox insan topluluğudur. Qrup bir ayna, bir başqa anlatımla sosial həyatın bir yansımasıdır.
Qruppsixologiyasının məqsədi:
1. Şəxslərarasımünasibətlərin formalaşdırılması və inkişaf etdirilməsi
2. Üzvlərin duyğu, dəyərvə tutumlarını paylaşması
3. Hər bir üzvündavranışındakı məqsədlərin analizi
4. Yardım alıb-yarımetmə bacarığı
5. Qrup içində yeni həlletmə yolları
6. Özünü vəbaşqalarını qəbul etmə
Qrupla psixoloji görüş şəxslərarasımünasibətlərin inkişaf etdirilməsini hədəfləyən, üzvlərin duyğu, dəyər vətutumlarının üzərində işlənildiyi kimi, ayrıca hər bir üzvün davranışsal məqsədiningerçəkləşdirilməsinə bir psixoloq (qrup lideri) tərəfindən professional yardımetmə xidmətidir. Bu xidmət etmə müddəti elə bir işdir ki, bu müddətdə qrup üzvlərionları anlamayan, narahat edən mövzuları müzakirə edir, davranışa yönəlmiş məqsədlərianlayıb, lazımlı sosial bacarıqları qazanırlar, yeni.davranışlarpöyrənirlər,yaşantılarınıszənginləşdirirlər. . Qrup üzvləri yardım alıb-verməyi qrup içindəöyrənirlər. Belə ki, bir görüşdə qrup üzvü A bir problemi gətirir, bütün qrup üzvləri onudinləyir, bənzər yaşantı keçirənlər paylaşır. Bu mövzuda qrupı üzvü A-yardım alan, digər üzvlər də yardım verən durumundadırlar. Bir başqa görüşdə qrup üzvü D-yardım alan, digər üzvlər də yardımverən durumundadırlar. Beləcə, yardım alan şəxs bir başqa görüşdə yardım edən şəxsrolunu alır. Beləliklə qrupla psixoloji yardım və görüşlər yardım alıb-vermə şəklindəxidmət.göstərir. . Qrup içindəyeni çözümlər kəşf edilir, çünki qrupda üzv sayı qədər çözüm alma vasitəsi dəyüksəkdir. Burda edilən paylaşımlar sonunda qrup üzvü özünə uyğun bir çözümü mənimsəyəbilir. Özünü və başqalarını qəbul etmə yenə qrup içində öyrənilir. Məs: olumluvə ya olumsuz xüsusiyyətləri ilə fərdin dəyərli olduğu inamı ilə qrup müddətiiçində özlərini və digərlərini qəbul etməyi oyrənirlər. Qrupla psixoloji iş bitirilməmişişlərin bitirilməsi üçün üzvlərinə ortam, şərait yaradır. Başqa sözlə insanın həyatındaolumlu ya da olumsuz dilə gətirə bilmədiyi bir çox duyğu, düşüncə indikiyaşamına son dərəcə təsir edir. Beləliklə ifadə edilməyən bu duyğu və düşüncələrinifadə edilməsi yenə qrupla psixoloji görüş ortamında mümkün olur. Ayrıca qrupiçində üzvlər gizli güclərinin fərqinə varırlar.Eyni zamanda özlərini qrupiçində tanıma fürsəti yaxalayırlar. Qrupla psixoloji görüş ortamında üzvlər fərdiayrılıqların fərqinə varırlar. Özlərindən xaric daha başqa xüsusiyyətlərə sahibola biləcək şəxslərin də var olduğunu görüb-öyrənirlər. Beləcə bir çox şeyi xosqarşılamaq iqtidarında olurlar. Hər kəs “mənimlə eyni şəkildə düşünməməlidir”iddiaları qrup içində formalaşır. Şəxslərarası sürtüşmələrin yaşandığı budünyada insanların olqunlaşması, dünyanın “ağ-qara”dan ibarət olmadığı,“boz”ların da varlığını qəbul etmələri, ya da qarşısında olanın da qəbuluqrupla psixoloji görüşmə ortamlarında həyata keçir. İnsanlar cəmiyyət içində hər hansı şəkildəqruplar içində yaşayırlar. Şəxsin özünü rahat, dəstəkləyici, içindən gəldiyikimi olması qrup müddəti boyu öyrənilənlərin sosial həyata köçürülməsi dahaasan olur. Çünki, qrupla psixoloji görüş müddəti qrup içində inkişaf edir. Dahadolayı yolla burada öyrənilənlərin sosial həyata köçürülməsi daha asanşolur. . Qrupla psixoloji görüş zamanı üzv sayı qədərhəll yolu ola bilir. Yardım alan üzv özünə uyğun həlli yolunu mənimsəyir. Təbiidirki, bu həlli yolları qrup üzvlərinin nəsihət verməsi kimi anlaşılmamalıdır.Qrup üzvləri deyilənlərə bənzər vəziyyətləri yaşayıblarsa nələr hissetdiklırini, necə bir həlli yolu tapdıqlarını qrupda paylaşırlar. Beləcə yardımalan üzv də özünə uyğun həlli yolunu seçə bilər. Qrupla psixoloji görüşməortamında üzvlər özlərini tək-tənha hiss etməzlər. Anladılan bir hadisəni, birduyğunu qrupdakı bir digər üzv yaşamışsa paylaşır ya da qrup liderinin göstərişiilə paylaşılır. Beləliklə, qrup üzvləri anlatdıqları hadisə ilə bağlı özlərinitənha hiss etmədikləri kimi , “bu digərinin başına gəlmişsə demək normalqarşılaya bilərəm” deyə düşünürlər. Beləliklə,hadisəni fəlakətləşdirmək yerinə normallaşdırmış olur. Qrup üzvləri sosial cəmiyyətdə,yaşamlarındanecə davranırlarsa, qrup içində də elə davranış sərgiləyirlər. Qrup lideri bunubilib duruma müdaxilə etməli və ya şəxsin özü diqqət etməlidir. Ş Qrupla psixoloji iş vı ya ortam üzvünicində yaşadığı dünyanın bir kiçik modelidir. Şəxs çol dünyada nece yaşayırsaqrup içində də elə davranır. Ancaq,qrupla psixoloji danışmaya üzvlərin yenidavranışlar öyrənmək üçün gəldiyi də məlumdur. Həm ümumi məqsəd, həm davranışyönümlü məqsəd olaraq qrup içində yeni davranışlar öyrənən fərdin çöl yaşantısıda dəyişir. Qrup üzvü öyrəndiyi yeni davranışları sosial yaşama transfer edir.Beləliklə, şəxsin çöl dünyası dəyişir. Hər şey dəyişim içindədir. Dəyişməyən təkşey vardır o da dəyişmənin özüdür. Hər şey bir-birinə təsir edir. Duyğularınınnə olduğunu anladan və fərqinə varan üzvlər özlərini qəbul etməyi, gizli gücləritanımağı və onları istifadə etməyi, anlamlı məqsədlərə yönəltməyi, yenidavranışları ortaya qoymağı öyrənirlər. Bu öyrənmələrin xülasəsi olaraq, özlərinədaha çox güvənir, ayaqları üzərində durur və problemin həlli yolunu oyrənir.
Lalə Ələkbərova